Biznes kreditlərin scoringi şöbəsində menecer

Kapital Bank

Biznes kreditlərin scoringi şöbəsində menecer

My default image 

 

Öhdəliklər:

  • Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirmək;
  • Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurmaq;
  • Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirmək;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirmək;
  • Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirmək;
  • Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirmək; 
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər:

  • Ali təhsil; 
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Riyazi statistika üzrə biliklər
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Microsoft Excel Expert Certification (arzuolunan)
  • Microsoft Power BI Data Analyst Associate Certification (arzuolunan) 
  • Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması);
  • Data analitika alətləri (Python və ya R)
  • Microsoft Power BI və Power Query 
  • SQL və PL/SQL 
  • Tableu (arzuolunandır)
  • Statistic modellərin qurulması
  • PowerPoint və prezentasiya proqramları üzrə işləmək
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Elanın bitmə tarixi: 04.05.2023