Daxili auditor (təchizat/satınalma sahəsində olması üstünlükdür)

Universal Group of Companies

Daxili auditor (təchizat/satınalma sahəsində olması üstünlükdür)

İş yeri: Bakı şəhəri, Hyatt Tower 3

Vakansiyanın təsviri:

  • Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
  • Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
  • Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Xüsusi tələblər: 

  • Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
  • Audit sahəsinə aid nəzəri biliklər;
  • Audit üzrə iş təcrübəsi: 2 il (təchizat/satınalma sahəsində olması üstünlükdür);
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; 
  • Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili auditor” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Elanın bitmə tarixi: 20.10.2022