Digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi

Kapital Bank

Digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi

My default image 

 

Öhdəliklər:

  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi; 
  • Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi; 
  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi; 
  • Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi; 
  • Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi; 
  • Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.

Tələblər:

  • Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir); 
  • Problemli kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi; (Mikro sahə üzrə çalışan əməkdaşlara üstünlük verilir) 
  • Danışıq qabiliyyətinin yüksək olması; 
  •  Komputerdə işləmək bacarığı; 
  • Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
  • Dəqiqlik; 
  • Təmkinlilik

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Elanın bitmə tarixi: 06.05.2023