Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

Ziraat Bank Azərbaycan

Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

My default image 

 

Vəzifəyə olan tələblər:

  • Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
  • Yüksək səviyyədə MS Excel SQL  bilikləri;
  • Yüksək analitik  düşünmə və problem həll etmə qabiliyyəti;
  • Türk və ingilis dili bilikləri arzuolunandır;
  • Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Beynəlxalq sertifikatlar arzuolunandır.

Əsas vəzifələr: 

  • Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və  təkliflərin verilməsində iştirak;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
  • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
  • Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
  • Stress-testlərin həyata keçirilməsi;
  • Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər 31.05.2023-cü il tarixinə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Elanın bitmə tarixi: 31.05.2023