İstehsalat hesabatları üzrə məmur

Norm OJSC

İstehsalat hesabatları üzrə məmur

undefined 

 

Vakansiyanın təsviri:

 

  • İstehsal və istehlak göstəriciləri üzrə günlük, aylıq və illik hesabatların hazırlanması
  • İstehsalat büdcə planı ilə reallaşan iş arasında fərqlər barədə açıqlamaların hazırlanması
  • SAP məlumat bazasına istehsal və istismar olunan malların, həmçinin  yanacaq və elektrik enerji sərfiyyatı və digər fiziki parametrlərin daxil edilməsi
  • Aylıq Texniki Performans iclasının təşkil edilməsi və istehsalat şöbəsinə aid təqdimatın hazırlanması
  • SAP məlumatlar bazasındə tələb olunan sifarişlərin yaradılması
  • İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlanması
  • İstehsalat şöbəsinin büdcəsinə daxil ediləcək məlumatların xərc kateqoriyası (əməliyyat və ya kapital) üzrə ayrılması və hesabatın hazırlanması
  • İstehsal mallarının SAP məlumat bazasında anbarındakı miqdarına nəzarət edilməsi
  • Podratçı şirkətlərdə fəaliyyət göstərən işçilərlə əlaqədar hesabatın tərtibi
  • Podratçı şirkətə aid işçilərin aylıq davamiyyətinin izlənilməsi və müvafiq hesabatın tərtibi
  • Hesabat sənədlərinin müvafiq olaraq saxlanılması

 

Xüsusi tələblər:

 

  • Texniki sahədə ali təhsil
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi
  • İngilis dilini yuxarı səviyyədə bilmək
  • Müxtəlif hesabatlarla işləmə bacarığı
  • MS Excel proqramı üzrə yüksək səviyyədə istifadəçi bacarığı
  • SAP proqramı üzrə istifadə bacarıqları arzuolunandır

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 26.08.2023