Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
Mal-materialların qəbulu, silinməsinin tam uçotu
Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
Debitor və kreditorlarla üzləşmələrin aparılması
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş şəraiti:
AR ƏM əsasən rəsmiləşmə
Əmək haqqı: 500 AZN
İş rejimi: 6 günlük
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kiçik mühasib/Mühasib” yazaraq 01.08.2022- ci il tarixinədək [email protected] e-mail ünvanına göndərməkləri xahiş olunur.