Kredit və əməliyyat dosyeləri yoxlanılan zaman sənədlərin tamlığının və kreditləşmənin qüvvədə olan bankdaxili qaydalar və metodiki göstərişlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək;
Rəhbərliyin tapşırığı əsasında kredit dosyesinin təhlilini və monitorinqini həyata keçirmək;
Kreditlərin (və ya limitlərin) təsdiqlənməsi və kredit ödənişlərinin silinməsinin icrası ilə bağlı əməliyyatları yerinə yetirmək;
Kredit əqdləri üzrə düzəlişləri avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
Məhkəmə işi ilə bağlı sənədləri hazırlamaq və maliyyə arayışlarını tərtib etmək;
Kredit dosyelərinin kreditin verilmə tarixi və məhsul növünə uyğun olaraq dolablarda saxlanılmasını təmin etmək;
Bağlanmış kreditlər üzrə dosyeləri müvafiq hesabatlıqla ən geci ayda bir dəfə olmaqla yoxlanılaraq aktiv kredit dosyelərindən çıxararaq Mərkəzi arxivin tələbinə əsasən akt əsasında təhvil verilməsini təmin etmək;
Digər strukturlardan daxil olan müraciətləri vaxtında cavablandırmaq və tələb olunduqda təhvil-təslim aktı əsasında sənədləri təhvil vermək;
Fiziki və hüquqi şəxslərə açılan hesablar üzrə sənədləri, habelə günün digər sənədlərini yoxlamaq, onları tikmək, saxlamaq və arxivləşdirmək;
Kreditlərin təminatı qismində çıxış edən girovların yüklülüyə qoyulması və ya yüklülükdən azad edilməsi üçün sorğuları yazmaq.
NAMİZƏDƏ TƏLƏBLƏR:
Ali iqtisadi təhsilə;
Komandada işləmək bacarığına;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyətinə malik olan şəxsdir.