Kredit inzibatçılığı üzrə mütəxəssis - Cəlilabad

Azərbaycan Beynəlxalq Bankı

Kredit inzibatçılığı üzrə mütəxəssis - Cəlilabad

My default image 

 

İŞ BARƏDƏ MƏLUMAT:

  • Kredit və əməliyyat dosyeləri yoxlanılan zaman sənədlərin tamlığının və kreditləşmənin qüvvədə olan bankdaxili qaydalar və metodiki göstərişlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək;
  • Rəhbərliyin tapşırığı əsasında kredit dosyesinin təhlilini və monitorinqini  həyata keçirmək;
  • Kreditlərin (və ya limitlərin) təsdiqlənməsi və kredit ödənişlərinin silinməsinin icrası ilə bağlı əməliyyatları yerinə yetirmək;
  • Kredit əqdləri üzrə düzəlişləri avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
  • Məhkəmə işi ilə bağlı sənədləri hazırlamaq və maliyyə arayışlarını tərtib etmək;
  • Kredit dosyelərinin kreditin verilmə tarixi və məhsul növünə uyğun olaraq dolablarda saxlanılmasını təmin etmək;
  • Bağlanmış kreditlər üzrə dosyeləri müvafiq hesabatlıqla ən geci ayda bir dəfə olmaqla yoxlanılaraq aktiv kredit dosyelərindən çıxararaq Mərkəzi arxivin tələbinə əsasən akt əsasında təhvil verilməsini təmin etmək;
  • Digər strukturlardan daxil olan müraciətləri vaxtında cavablandırmaq və tələb olunduqda təhvil-təslim aktı əsasında sənədləri təhvil vermək;
  • Fiziki və hüquqi şəxslərə açılan hesablar üzrə sənədləri, habelə günün digər sənədlərini yoxlamaq, onları tikmək, saxlamaq və arxivləşdirmək;
  • Kreditlərin təminatı qismində çıxış edən girovların yüklülüyə qoyulması və ya yüklülükdən azad edilməsi üçün sorğuları yazmaq.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsilə;
  • Qeyd olunan sahə üzrə təcrübəsi olan (üstünlükdür);
  • Komandada işləmək bacarığına;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyətinə malik olan şəxsdir.

Müraciət üçün: https://careers.abb-bank.az/vakansiyalar/v2/1268 

Elanın bitmə tarixi: 30.06.2023