Crystal Group
Maliyyə direktoru
Əsas vəzifə və öhdəliklər:
Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir
Direktorunun tapşırıqlarını icra edir
Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir
Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
Büdcə proqnozlarının icrasına nəzarət edir
Büdcə proqnozlarının hazırlanmasını və qaydalara uyğun vaxtında təsdiq edilməsinə nəzarət edir
Büdcə proqnozlarına dəyişikliklər edilməsini təmin edir
Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir
Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
İFRS Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir
Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir
Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir
Vəzifə səriştələri:
Planlama və Təşkilatçılıq
Risklərin idarəedilməsi
Hesabatvermə
Hədəf
Stresə davamlılıq, səbrlilik
Analitik Düşünmə, analiz etmə, diqqətcillik
Qiymətləndirmə bacarığı
Maliyyə hesabatları üzrə bilgilər
Vəzifədən gözləntilər:
Kvalifikasiyalar: ACCA
Təhsil səviyyəsi: Ali
Dil bilikləri: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı)
Kompyuter bilikləri: Word (yaxşı) Excel (əla) 1C
İş təcrübəsi: 5-10 il İstehsalat təcrübəsi
İş şəraiti:
İş qrafiki: 5 günlük
İş ünvanı: Bakı
Əmək haqqı razılaşma yolu ilə
Maraqlananlar öz CV formalarını [email protected] e-mail ünvanına məktubun mövzu bölməsində, “Maliyyə direktoru” qeyd etməklə göndərə bilərlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 18.01.2024