İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək;
Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
Debitor, kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
Aylıq büdcə-fakt analizinin aparılması;
Audit tərəfindən aşkarlanan səhvlərin aradan qaldırılması üzrə işləri icra etmək;
Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək;
Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi;
Vergi qaydalarının uyğunluğunu təmin etmək;
Birbaşa rəhbər və ya şirkət rəhbərliyi tərəfindən tələb olunan digər analitik hesabatların hazırlanması.
Təhsil və iş təcrübəsi:
Ali təhsil (Maliyyə, İqtisadiyyat)-sahə üzrə beynəlxalq sertifikat namizədliliyi gücləndirəcək üstünlükdür.
Sahə üzrə ümumi 5 il iş təcrübəsi, xüsusilə maliyyə nəzarəti, audit, hesabatlılıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi
Bacarıq və səriştələr:
Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
Güclü analitik bacarıqlar;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
MS Office proqramlarının (xüsusən excell) və digər proqramları (məs. 1 C 8.3) mükəmməl bilmək;
Müraciət qaydası-Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Maliyyə meneceri” qeyd etməyi unutmayın.