Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Vergi və mühasibat uçotunun aparılması, Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edir;
Vergi hesab fakturaların yazılması (qaimə faktura,depozit, ədv hesablaşmaları və s.)
İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlayır;
Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlayır, hesablayır və ödənişə təqdimedir;
Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirir;
DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edir;
Bank, xəzinə üzrə məlumatları mühasibatlıq proqramına işləyir;
Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir.
Təhsil və iş təcrübəsi:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil;
Minimum 2 il mühasib vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
1 C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı;
MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
Bilməlidir:
Mühasibatlıq və uçot
Əmək Məcəlləsi, Vergi məcəlləsi
İş şərtləri:
Həftə içi 5 gün : 10:00 - 19:00-dək
İstirahət günləri – şənbə və bazar günləri.
AR Əmək məcəlləsinə uyğun rəsmiləşmə;
Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müsahibə əsasında müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV-
lərini [email protected]elektron ünvanına göndərmələri xahiş olunur.