Toyota Bakı Mərkəzi

Mühasib

1500 - 2000 AZN

My default image 

 

Namizədə tələblər:

  • 27 - 35 yaş
  • Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
  • Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Komandada işləmək bacarığı olan
  • Ali təhsil - İqtisadiyyat,maliyyə,riyaziyyat,mühasibatlığı bitirənlərə üstünlük veriləcək
  • Mühasibat sahəsində ən azı 3 ildən az olmayaraq topdan,pərakəndə və istehsalat sahəsində iş təcrübəsi

İş barədə məlumat:

  • 1C 8.3 Proqram təminatı və Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli 
  • Dil biliyi: Azərbaycan dili və Rus dili səlist, İngilis dili arzuolunandır
  • Vergi Məcəlləsi, Mülki Məcəllə, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə nəzəri və praktiki biliklər
  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması (ƏDV,ÖMV,MZHH, PVHH,Balans, Statistika,Vahid)
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, mal hərəkətinin uçotu və inventarizasiyası, ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
  • Vergi qanunvericiliyinə uyğun olaraq hesabatların, sənədlərin yoxlanılması və nəzarətdə saxlanılması
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik, mükafat və s. hesablanması
  • Görülən işlər üzrə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi, ortaya çıxa biləcək vergi və maliyyə riskləri üzrə təhlillər aparmaq və hesabat şəklində təqdim etmək
  • Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi

Maaş 1500-2000 azn

İş qrafiki: 10:00-18:00 

Şənbə günü - qısa gün (10:00-15:00)

İstirahət günləri: hər həftənin  bazar günləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühasib” və ad, soyad qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 07.02.2023