Vergi,statistika, DSMF və digər əlaqədar hesabatların hazırlanması və verilməsi
Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması
Gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması,aparılması,gəlir və xərclərin uçotu
Əmək haqlarının və digər işçi xərclərinin hesablanması
Mühasibat uçotu üzrə rəhbərliyə lazımi hesabatların verilməsi
Rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi
Tələb olunan bilik, bacarıq və səriştələr:
Microsoft Office proqramları, ERP sistemində işləmək bacarığı;
Azərbaycan Repsublikasının müvafiq qanunvericiliyini, Beynəlxalq Maliyyə Hesabatları Standartlarını, Milli Mühasibat Uçotu standartlarını bilməlidir.
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
Sizə nə təklif edirik?
Əlverişli iş mühitində çalışmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Əmək haqqı 700 – 1000 Azn;
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib" mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.