Avromed Company QSC

Mühasib

undefined 

 

Vəzifə və məsuliyyətləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmalarının aparılması;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
  • İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.

Tələblər:

  • Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
  • Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
  • Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
  • ACCA sertifikatlarından birinin olması üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və rus dili üstünlükdür;
  • Analitik düşünmə, müstəqil qərar vermə qabiliyyəti;
  • Komandada işləmə, stressə dayanıqlı və  problem həll etmə bacarığına malik olmalı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  

Elanın bitmə tarixi: 18.05.2023