Superfon

Mühasib

undefined 

 

Şirkət haqqında:

  • 2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin fəaliyyət istiqaməti mobil telefon, aksesuar, ehtiyat hissələri və məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə topdan və pərakəndə satışının həyata keçirilməsidir.
    Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)

Vəzifə öhdəlikləri:

 

  • Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Kiçik mühasiblərin işinə nəzarət aparmaq.

Namizədə tələblər:

 

  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Milli mühasibat uçotu standartlarını bilmək;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

Elanın bitmə tarixi: 01.07.2023