TLC Group
Mühasib
1500 AZN
Namizədə aid tələblər:
Ali İqtisadi Təhsil (Mühasibatlıq ixtisası üzrə olması üstünlükdür) ;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (Digər dil bilikləri əlavə üstünlükdür);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
E-taxes.gov.az və digər hökümət portallardan yüksək səviyyədə istifadə etmək bacarığı;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
Dövlət hesabatların tərtib olunması;
Məsuliyyətli, dəqiq və peşəkar;
Yüksək səviyyədə yazışma bacarığı;
Əsas vəzifə və öhdəliklər:
Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır;
Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirir;
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, rəsmiləşdirir;
Cəmiyyət üzrə debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
Aylıq əmək haqqını, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri ilə bağlı müavinətləri hesablayır və ödənişləri həyata keçirir;
Bank sənədlərini tərtib edir, müvafiq ödənişləri həyata keçirir;
Kassa uçotuna nəzarət edir;
Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
Lazimi dövlət orqanlarına bəyannamələr və hesabatları vaxtı vaxtında hazırlayıb təqdim etmək;
Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarətini təşkil edir;
Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatlar hazırlamaq;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
Əmək haqqı NET 1500 azn.
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Mühasib” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 14.01.2024