Mühasibatlıq üzrə kiçik mütəxəssis

Azersun Holding

Mühasibatlıq üzrə kiçik mütəxəssis

undefined 

Vakansiyanın təsviri:

  • Departamentin fəaliyyətinin “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər normativ hüquqi aktlarının və Bankdaxili reqlamentlərin tələblərinə uyğun aparılmasını, həmçinin bank sirrinin qorunmasını təmin etmək;
  • İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
  • Departament sənədlərinin mühafizəsini və arxivləşdirilməsi işini təşkil və nəzarət etmək;
  • Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək;
  • Yoxlayıcılara, auditorlara və Bankın digər struktur bölmələrinə hesabatların hazırlanması üçün tələb olunan lazımi məlumatların təqdim edilməsini təmin etmək;
  • Qanunvericilik, bankın daxili reqlamentləri ilə müəyyən edilmiş, həmçinin rəhbərlər tərəfindən verilmiş digər vəzifə və səlahiyyətləri icra etmək;
  • Departament müdiri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün bankın digər struktur bölmələrindən lazımi məlumatları və sənədləri tələb etmək;
  • Departamentin digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətini təşkil etmək və digər departamentlərin sorğularına subordinasiya qaydalarına riayət etməklə cavab vermək;
  • Rəhbərliyin tapşırığı əsasında kənar qurumlarda Bankın təmsil edilməsi, iclas, konfrans və seminarlarda iştirak etmək;
  • Daxil olan məktubların vaxtında və lazımi qaydada cavablandırılmasını təmin etmək;
  • Departamentin fəaliyyət sahəsinə aid olan müqavilələrin hazırlanmasını, hüquqi rəyin alınmasını, imzaya təqdim edilməsini və tərəflərə çatdırılmasını, tələb olunduğu hallarda isə yenilənməsini təşkil etmək; müqavilələr üzrə təhvil-təslimləri həyata keçirmək və ödənişləri təqib etmək;
  • Bank sistemində və müxtəlif proqramlarda istifadə edilən istifadəçi kodlarının düzgünlüyündən, gizliliyindən tam məsuliyyət daşımaq, reallaşdırılan əməliyyatların təhlükəsizliyini təmin etmək;
  • Bankın korporativ informasiya təhlükəsizliyi siyasətinə, standartlarına və qaydalarına uyğun hərəkət etmək;
  • Cavabdeh olduğu məlumat varlığının ən uyğun şəkildə qorunmasını təmin etmək.

Xüsusi tələblər:

  • Ali iqtisadi təhsilli olmalı;
  • İngilis və Rus dillərini bilməsı üstünlükdür;
  • Microsoft office proqramları bilməli;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Qrup şəklində işləmək bacarığı olmalı;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
  • Təhliletmə, hesabatvermə, məlumat toplama və problemləri müstəqil həlletmə bacarığı olmalı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mühasibatlıq üzrə kiçik mütəxəssis" qeyd edərək  [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 14.02.2023