Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi
PAŞA Kapital
Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi
Vakansiyanın təsviri:
Starteji hədəflərə gedən yolda yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi, eləcə də qərarların qəbul edilməsində iştirak;
Əməliyyat, bazar və kredit risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
Əməliyyat, bazar və kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Şirkətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi.
Xüsusi tələblər:
Vətəndaş qüsursuzluğuna malik olma;
Təhsil: Ali iqtisadi və ya Maliyyə təhsili;
Təcrübə: Zəruri minimum iş təcrübəsi 2 il, risklərin idarə edilməsi funksiyası üzrə 1il;
Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
Digər tələblər: Texniki – analitik biliklər;
Qanunvericilik, sənədləşmə biliyi: Maliyyə qurumlarında prudensial tələblər və qaydalar;
CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir.