B&B Security Alliance
Satışa dəstək mühəndisi
Vəzifə öhdəlikləri:
Kibertəhlükəsizlik məhsulları və xidmətlərinin texniki aspektlərini başa düşmək və onların əhəmiyyətini potensial müştərilərə effektiv şəkildə çatdırmaq.
Müştəri tələblərini müəyyən etmək və texniki həllər təqdim etmək üçün satış komandası ilə yaxından işləmək və uğurlu satış və gəlir əldə etməkdə dəstək olmaq.
Kibertəhlükəsizlik məhsulları, xidmətləri və trendlərini davamlı təqib etmək.
Satış heyəti ilə birlikdə müştərinin ehtiyaclarını müəyyənləşdirmək, texniki müzakirələr aparmaq və müştəriyə uyğun həllərin təqdimatını etmək.
Hər bir müştərinin unikal tələblərinə cavab verən fərdiləşdirilmiş kibertəhlükəsizlik həlləri hazırlamaq üçün texniki və mühəndis heyəti ilə birlikdə işləmək.
Təklif Sorğularına (RFPs) və Məlumat Sorğularına (RFI) texniki cavabların hazırlanması.
Müştərilərə təklif olunan həlli izahı üçün sxemlər, diaqramlar və digər məlumatları özündə əks etdirən texniki sənədlər (technical proposal) hazırlamaq.
Təklif olunan kibertəhlükəsizlik həllinin effektivliyini təsdiqləyən pilot layihələrin planlamasında və keçirilməsində dəstək olmaq.
Şirkətin portfelində olan kibertəhlükəsizlik həllərinin bazarda olan alternativ həllərlə rəqabət analizini aparmaq.
Satış komandasına və ehtiyac yarandığı halda müştərilərə təklif olunan həll və məhsulları daha yaxşı başa düşmələri üçün təlimlər vermək.
Təklif olunan kibertəhlükəsizlik həll və xidmətləri haqqında müştərilərin rəylərini öyrənib şirkətə təqdim etməklə şirkət və müştəri arasında körpü rolunu oynamaq.
Satışın uğurlu olması, müştəridə yarana biləcək narahatlıqları aradan qaldırmaq üçün texniki sualları araşdırıb cavablandırmaq və satış komandası ilə daim birlikdə işləmək
Davranış bacarıqları:
Əməkdaşlıq və effektiv ünsiyyət
Təqdimat bacarıqları
Güclü satış bacarığı
Təhlil etmək və problem həll etmək bacarığı.
Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
Komandada işləmək bacarığı
Davamlı öyənmə və özünü inkişaf istəyi
Xüsusi tələblər:
Təhsil: Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və ya müvafiq texniki peşələr sahəsində bakalavr dərəcəsi.
İş təcrübəsi: Kibertəhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə məsləhətçi, texniki satış mühəndisi kimi oxşar sahələrdə 3-5 il təcrübəsi olan şəxslərə üstünlük verilir.
Xarici dillər: Azərbaycan, ingilis (mütləq) və rus (arzuolunandır) dillərində danışmaq və yazmaq.
Texniki biliklər: Kibertəhlükəsizlik prinsipləri, təcrübələri və texnologiyaları haqqında eləcə də aşağıdakı istiqamətlərdə dərin biliklər:
Network security
Endpoint security
Cloud security
Identity and access management (IAM)
Threat detection and prevention
Encryption and data protection
Security compliance and regulations
Zəifliklərin qiymətləndirilməsi, nüfuz testi və təhlükəsizlik təhlili üçün istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyaları üzrə bacarıqlar.
Sertifikat: Aşağıdakı sertifikatları olanlara üstünlük verilir:
Certified Information Systems Security Professional (CISSP)
Certified Information Security Manager (CISM)
Certified Ethical Hacker (CEH)
Certified Information Systems Auditor (CISA)
CompTIA Security+
Dünyanın aparıcı kibertəhlükəsizlik şirkətlərinin verdiyi sertifikatlar (IBM, Cisco, Palo Alto, Check Point, Fortinet, CyberArk və s.).
Bazarda mövcud olan geniş çeşidli kibertəhlükəsizlik məhsulları, həllər və xidmətlərlə tanışlıq və cari təhdidlər, zəifliklər və sənayenin ən yaxşı təcrübələri daxil olmaqla kibertəhlükəsizlik mühitini dərindən başa düşmək.
Ümumi tələblər:
Mürəkkəb kibertəhlükəsizlik problemlərini təhlil etmək və onların həlli üçün müvafiq həllər hazırlamaq bacarığı.
Müştərilər üçün texniki təkliflər, diaqramlar və hesabatlar yaratmaq üçün güclü sənəd hazırlamaq bacarıqları.
Müştərilərlə qarşılıqlı əlaqənin və texniki sənədlərin dəqiq qeydiyyatını aparmaq bacarığı.
Tənzimləmələr və uyğunluq standartları (ISO27001, NIST, CIS və s.) haqqında biliklər.
Kibertəhlükəsizlik sahəsində yeni yaranan təhdidlər və texnologiyalar haqqında daim yenilənən məlumatları izləmək.
E-mail: [email protected]
Elanın bitmə tarixi: 04.01.2024