Həlləri planlaşdırmaq, idarə etmək və həyata keçirmək üçün çevik metodologiyanın dəyərlərinin, prinsiplərinin və üsullarının istifadə edilməsi
Tapşırıqların, məsələlərin, risklərin və tədbirlər planının bəndlərinin müəyyən edilməsi və idarə edilməsi
“Scrum” sisteminə həsr olunan tədbirlərin, iclasların və qərar qəbuletmə proseslərinin planlaşdırılması və bunların həyata keçirilməsinə köməklik göstərilməsi
İşlərin icrasında əldə edilən irəliləyişə və əmək məhsuldarlığına nəzarət edilməsi və işçi heyətlərinin təkmilləşdirmələr etməsinə köməklik göstərilməsi
Sınaq nümunələrinin nümayiş etdirilməsinin və məhsulun/sistemin sınaqdan keçirilməsinin planlaşdırılması və təşkil edilməsi
Layihə proseslərinin və nəticələrinin izlənməsi
Maraqlı tərəflər üçün cari vəziyyət haqqında hesabatların hazırlanması və təqdim edilməsi
Heyətə və təşkilata çevik üsulların metodologiyalarının istifadə edilməsi qaydası haqqında təlimatların verilməsi
Heyətə təlim verilməsi; şəffaf və dəyişən şəraitə uyğunlaşmağı bacaran heyət standartlarının qavranmasına köməklik göstərilməsi
Yeni məhsulun buraxılmasını planlaşdırmaqda və yarımçıq işləri başa çatdırmaqda məhsul sahibinə köməklik göstərilməsi
Mədəniyyətlərarası anlaşılmazlıqlar və ya logistika problemləri kimi maneələrin aradan qaldırılması
Bütün heyət üzvləri arasında sıx əməkdaşlığın təşviq edilməsi, heyət üzvlərinin bir-birinə çarpaz təlim verməsinin və köməklik göstərməsinin təşviq edilməsi
Heyət daxilində və xaricində ünsiyyətin və əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi
Heyətin və təşkilatın bütün səviyyələrində Çevik proseslərin, prinsiplərin və üsulların həyata keçirilməsi
Heyət daxilində özünütəlimin və karyera yüksəlişinin təşviq edilməsi
Söhbətlər, təlim vermə və rol oyunu çalışmaları vasitəsilə heyətə çevik düşüncə tərzinin aşılanması
Cəza qorxusu olmadan problemlərin qaldırıla biləcəyi etibarlı və təhlükəsiz mühitin yaradılması
Heyətin tədbirlərinin keçirilməsinə köməklik göstərilməsi: gələcək fəaliyyətin planlaşdırılması, keçmiş fəaliyyətin qiymətləndirilməsi
NAMİZƏDƏ TƏLƏBLƏR:
Çevik inkişaf sahəsində 1-3 il iş təcrübəsinə və Scrum adlı layihə idarəetməsi sisteminin təlimatçısı və ya buna bənzər vəzifədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir
Layihə təşkilatçısı vəzifəsində keçmiş iş təcrübəsi də yüksək qiymətləndirilir, lakin zəruri deyil (çevik təşkilatçılıq sahəsində iş təcrübəsinə üstünlük verilir)
Çevik təşkilatçılığın əsasları haqqında güclü biliyə malik olma
Heyətə çevik üsullar haqqında təlim vermək və maksimal biznes imkanlarından vaxtında istifadə etmək məqsədilə çevik metodologiyaya riayət olunmasını təmin etmək qabiliyyətinə malik olma.
Mürəkkəb məlumatları çatdırmaq və yeni anlayışları öyrətmək qabiliyyəti ilə yanaşı güclü ünsiyyət bacarıqlarına malik olma