İllik büdcənin hazırlanmasında, habelə statistik/reqressiv təhlil metodlarından istifadə etməklə satış, xərc və investisiya planlarının hazırlanmasında iştirak etmək, aylıq büdcənin faktiki nəticələr ilə müqayisəli təhlilini aparmaq;
Strategiyanın hazırlanması çərçivəsində maliyyə hesabatları və proqnozları hazırlamaq, SWOT, PESTEL, PORTER və digər növ təhlilləri aparmaq, BCG və Ansoff matrisləri üzrə məhsul və biznes istiqamətləri müəyyən etmək;
İstehsal həcmləri və xərclərini daimi təhlil etmək, səmərəlilik göstəricilərinə nəzarət etmək və istehsal hesabatlarını hazırlamaq;
Məsul istehsal mərkəzləri üzrə məhsulların maya dəyərini daimi hesablamaq, gəlirlik səviyyəsinin müəyyən edilmiş hədəflərdən yayınmasının səbəblərini araşdırmaq, müvafiq analitik hesabatlar hazırlamaq, məhsulun qiymət müəyyən edilməsi prosesində iştirak etmək;
Müxtəlif maliyyə alətlərindən istifadə etməklə (NPV, İRR, Payback) investisiya layihələrinin qiymətləndirilməsində iştirak etmək.
Tələblər:
Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
1-2 il iş təcrübəsi;
Microsoft Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı;
Xarici dil biliyi: Rus və İngilis dilləri-yaxşı səviyyədə;
Əldə olunan məlumatların qorunması və saxlanılması;
Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
Komanda üzvü olaraq effektiv ünsiyyət qurmaq bacarığı.
Əlavə şərtlər:
5 günlük iş həftəsi;
Əmək haqqı danışıq əsasında;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 15.04.2023–cü il tarixinə kimi müraciət edə bilərlər.