OMİD Mağazalar şəbəkəsi

Baş mühasib

2000 - 2000 AZN

My default image 

İş barədə məlumat: 

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək;

  • Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin təşkilini həyata keçirmək;

  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;

  • Aylıq, rüblük, illik şirkətdaxili vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

  • Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

Namizədə tələblər:

  • Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli

  • Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;

  • Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;

  • Microsoft office programlarından (xüsusilə excel) sərbəst istifadəni bacarmalı.

Əmək şəraiti:

  • Əmək haqqı: 2000 AZN

  • İş rejimi: Həftənin 6 günü;

  • İş saatı: 08:00-dan 17:00-dək; nahar fasiləsi 12:30-dan 13:30-dək.

  • Nahar şirkət tərəfindən təmin olunur.

  • Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055-500-91-00

Elanın bitmə tarixi: 30.09.2023