Kapital Bank

Risk Analitik

My default image 

 

İŞ BARƏDƏ MƏLUMAT:

  • Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarə edilməsinə dair tənzimləyici nəzarət çərçivəsinin yaradılması və təkmilləşdirilməsində iştirak edir;
  • Yeni məhsullar istifadəyə verilməzdən öncə kredit risklərinin məqbul hədlərdə olduğunun qiymətləndirilməsində iştirak edir; 
  • Hesabatlıq sisteminin (red flag, skoring, stop loss və s.) təkmilləşdirilməsinə və risk menecment alətlərindən istifadə edərək portfelin təhlil edilməsinə  dair təkliflər verir;
  • Kreditlər (o cümlədən qarantiya əməliyyatları) üzrə dosyelərin qiymətləndirilməsi, rəylər verilməsi, risklərin nəzarətdə saxlanması və zəruri hallarda monitorinqlərin həyata keçirilməsində iştirak edir;
  • Bankın kredit ilə əlaqədar prosedurlarının və qaydalarının hazırlanmasında iştirak edir;
  • Şöbəyə cəlb edilmiş təcrübəçilərə işlərində dəstək göstərir və kredit risklərinin idarə edilməsi sahəsində onlarla birgə fəaliyyət göstərir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, Baş icraçı direktor  tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

 

 

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Vətəndaş qüsursuzluğuna malik olma
  • Təhsil: Ali  təhsil.
  • Təcrübə: bank sektorunda ən azı 1 il.
  • Kompyuter  biliyi: Microsoft Excel, Word, Outlook.
  • Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır).
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması.

Müraciət etmək üçün:https://hr.kapitalbank.az/account/login 

 

Elanın bitmə tarixi: 07.08.2023