AEM Elektron

Brend Menecer

undefined 

Tələblər:

  • Ali təhsil

  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi

  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dili yüksək səviyyədə

  • Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar                                 

  • İşi planlamaq bacarığı                                                                       

  • Strateji düşüncə bacarığı                                                                               

  • Biznes əlaqələrinin etikasını

  • İşgüzar əlaqələrin qurulması qaydaların                  

  • Aktiv dinləmə bacarığı                                                                      

  • Danışıqların idarə etmə qabiliyyəti

Vəzifə və öhdəliklər:

  • Məhsulun bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq

  • Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək

  • Satış həcmlərini proqnozlaşdırmaq

  • Sifariş edilən məhsulların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və məhsulların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə biləvasitə nəzarət etmək

  • Məhsulun satılması üçün sxemlər hazırlamaq (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər)

  • Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi)

  • Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək

  • Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək

  • Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək

  • Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək

  • Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırmaq

  • İllik planları  və proqnozları tərtib etmək

Bilməlidir:

  • Bazar iqtisadiyyatını, biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını

  • Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını

  • Biznesin idarəedilməsini

  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını

  • Marka xüsusiyyətlərini

İş qrafiki həftənin 5 günü, Şənbə, bazar istirahət günü

Nahar təminatı

Əmək haqqı görüş zamanı (razılaşma yolu ilə) müəyyənləşəcəkdir.

Uyğun namizədlərdən öz CV formalarını [email protected] e-mail ünvanına göndərməsi xahiş olunur.

Elanın bitmə tarixi: 13.01.2024