Ləzzət Qida Sənaye MMC
Marketinq şöbəsinin müdiri
İş yeri : "Ləzzət Qida Sənaye" MMC
Ünvan : Bakı şəhəri , Babək pr Ə.Nəvai 17
İş qrafiki- həftədə 5 gün, 09:00-18:00
Əmək haqqı - razılaşma yolu ilə
Vəzifənin tələb etdiyi xüsusiyyətlər:
Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq
Təcrübə müddəti: Uyğun vəzifədə -5 il
Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)
Kompyuter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi
İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri,
Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı.
Vəzifə funksiyaları:
Brendin istehlakçısını tanımaq/başa düşmək:
İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək
Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq
Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq
Brendlərin həyat siklini idarə etmək
Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək.
Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək
Brend kommunikasiyasını idarə etmək:
Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək
Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək.
Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq
İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirərək şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək
Marketinq planlaşdırması və icraatı:
Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək
Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.
Satış kanallarının inkişaf etdilməsi .
Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq
Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.
Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq
E-mail: [email protected]
Elanın bitmə tarixi: 15.12.2023