Marketinq şöbəsinin müdiri

Ayan MMC

Marketinq şöbəsinin müdiri

1500 AZN

My default image 

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasını təmin etmək;

  • Daim yeni axtarışlar etmək, şirkətin yeni qurulan marketinq kampaniyalarını nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar rəhbərliyə məlumat vermək;

  • Bazardakı rəqibləri araşdırmaq, analizlərini aparmaq və tələbatını müəyyənləşdirmək;

  • Şirkətin bütün məhsulları üçün marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;

  • Xidmət sahəsinin inkişaf strategiyasının formalaşdırılmasını və qiymətləndirilməsini təmin etmək;

  • İstifadə olunan saytların effektivliyini təhlil etmək;

  • Partnyorlar ilə birlikdə aksiyaların hazırlanmasına nəzarət etmək;

  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Namizədə dair tələblər:

  • Bəy namizəd

  • Ali təhsili

  • Yaş həddi: 30-45

  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi 

  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

  • İdarəetmə və təqdimat bacarığı

  • Məsuliyyətlilik

  • Müvafiq sahə üzrə Sertifikatı olanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • İş qrafiki 08:00-dan 17:00-dək

  • 5 günlük iş rejimi

  • Əmək haqqı – 1500 fix + KPİ nəticələri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Marketinq şöbəsinin müdiri” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Elanın bitmə tarixi: 09.01.2024