GPS Solutions

Marketinq üzrə direktor

2000 AZN

undefined 

 

Vəzifə öhdəlikləri:

  • Marketinq şöbəsinin işinə nəzarət 
  • Planlaşdırılmış rəqəmsal marketinq büdcəsinin idarə edilməsi və hər bir yerləşdirmə kanalları üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək
  • Sosial şəbəkələrdə marketinq büdcəsinə əsasən reklam kampaniyaları yerləşdirmək və izləmək
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək
  • Şirkət fəaliyyətinin sosial media platformalarında aktuallığını təmin etmək
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq
  • Marketing şöbəsinə ehtiyac olanda yeni əməkdaşların qəbulu

 Namizədə tələblər:

  • Yaş həddi: 25 - 35
  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil 
  • Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə, xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq 
  • SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
  • Komanda vasitəsilə idarəetmə bacarığı
  • Sosial şəbəkələrlə işin aspektləri üzrə biliklər
  • Yenilikləri və trendləri izləməli, kreativ yanaşmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, İngilis dilini yüksək səviyyədə bilənlərə üstünlük veriləcək

İş barədə məlumat: 

  • Tam iş günü, I-V – 09.00-18.00, VI – 10.00-16.00
  • Əmək haqqı 2000 AZN (müsahibənin nəticəsinə əsasən) 

Marağı olan namizədlər müraciət edə bilərlər. Xahiş edirik email-ın “mövzu” bölməsində vəzifənin adını qeyd edəsiniz. Yalnız seçilmiş namizədlər ilə əlaqə saxlanacaq. Telefonla müraciətlər baxılmır ([email protected]).

Elanın bitmə tarixi: 20.03.2023