Məhsul tanıtımı və vitrin tərtibatı nəzarətçisi/Şirvan - İmişli

Azersun Holding

Məhsul tanıtımı və vitrin tərtibatı nəzarətçisi/Şirvan - İmişli

undefined 

 

Tələblər:

  • Ali Təhsil;
  • Satış sahəsi üzrə 3-5 il iş təcrübəsi;
  • Təşəbbüskarlıq, idarəetmə və sərbəst qərar vermə bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;

Vəzifə Öhdəlikləri:

  • Uyğun vitrin tərtibatçısı və məhsul məsləhətçisi namizədlərin seçilməsi və işə qəbulu üçün yönləndirilməsi;
  • Şirkətin məhsullarının satış görünüşünə nəzarət etmək;
  • Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsinə, məhsulun satışa hazırlamasına və realizə edilməsinə nəzarət etmək;
  • Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq bazarda mövcud ümumi firma aksiyaları barədə məlumatlar toplamaq, bazarda yeni məhsullar haqqında daim məlumat əldə etmək;
  • Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək;
  • Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək;
  • Xətti rəhbərinə mütəmadi olaraq aidiyyatı hesabatlar hazırlayaraq təqdim etmək.

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

  • Aran zonası (Şirvan - İmişli)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində: “Məhsul tanıtımı və vitrin tərtibatı nəzarətçisi (Şirvan - İmişli)”  qeyd etməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 30.04.2023