AzəriMed QSC

Məhsul üzrə menecer

1600 - 2000 AZN

My default image 

 

 

 

İş barədə məlumat:

  • Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması
  • Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi
  • Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması
  • Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
  • Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması

Namizədə tələblər:

  • Yaş: 25-45
  • Tibb üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazma bacarığı
  • Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür
  • Komandada işləmə bacarığı
  • Peşəkar ünsiyyət qurma bacarığı
  • İnkişafa və öyrənməyə meyilli
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Analitik təfəkkür
  • İşində dəqiq və məsuliyyətli

İş şəraiti:

  •  Əmək haqqı: 1600-2000 AZN + bonus sistemi mövcuddur
  • İş qrafiki: I-V günlər 09:00-dan - 18:00-dək

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində " Məhsul üzrə menecer " qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 20.11.2024