CÀSÀ Culinary Arts Center of A
PR və Marketing üzrə Menecer
Öhdəliklər:
Marketinq Meneceri müəssisənin marketinq fəaliyyətinə aid olan məsələlərin yerinə yetirilməsini tələb edən tədbirlərin hazırlanmasını təmin edir və onların həyata keçirilməsinə nəzarət edir.
Şirkətin bazarda təqdim etdiyi hər növ cari məhsul və xidmətlərinin reklamını təşkil edir.
Məhsulun inkişafı, strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla mükəmməl marketinq və reklam planları fikirləşir, inkişaf etdirir və həyata keçirir.
Müştəri bazasını genişləndirir və müştərilərdən gələn sorğuları cavablandırır.
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir.
Şirkətin digər müvafiq bölmələrini marketinqin məqsədləri barədə məlumatlandırılmasını təmin etmək üçün onlarla effektiv daxili əlaqələri möhkəmləndirir.
İllik marketinq planını hazırlayır və ona uyğun işləri görür.
Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlil prossesini həyata keçirir.
Şirkət bloqunun moderasiyasını aparır.
Marketinq üzrə kompaniyaları təşkil və idarə edir.
Şirkətin mövcud marketinq kompaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar Şirkət rəhbərinə hesabat yazaraq təqdim edir.
Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır və nəzarət edir.
Satış məqsədləri üçün PR və reklam mətni hazırlanmasına nəzarət edir.
İstifadə olunan saytların effektivliyinin təhlilində iştirak edir.
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir.
Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.
Şöbə işçilərinə nəzarət edir və vəzifə öhdəliklərinin bölünməsini təşkil edir.
Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.
Tələblər:
Marketing sahəsində Ali təhsil ,
Marketinq meneceri pozisiyasında (1-3 il) iş stajı
Digital marketinq üzrə iş təcrübəsinə malik olmalı
Word, Excel, Outlook. Power Point və digər proqramlarda işləmək bacarığı
Azərbaycan , Rus və İngilis dillərində səlis yazılı və şifahi biliklər
Marağlananlar CV-lərini [email protected] mail ünvanına əmək haqqı gözləntilərini qeyd etməklə göndərə bilər .
Elanın bitmə tarixi: 03.01.2024