Satış analizi üzrə aparıcı mütəxəssis

Azersun Holding

Satış analizi üzrə aparıcı mütəxəssis

undefined 

Vakansiyanın təsviri:

  • Ekspeditorların əl terminalından daxil etdikləri iadələrdə kompaniyalı və endirimli məhsulların olub-olmadığını kontrol etmək. Olduqda, daxil etdikləri iadə sifarişlərində hər hansı dəyişikliyə ehtiyyac varsa müdaxilə edərək lazımi düzəlişlər etmək (sifarişi ləğv etmək, miqdarı dəyişmək, endirimi kontrol etmək və s.)
  • Ekspeditorlara həm ərazidə olduqlarında telefonla, həm də ofisə döndükdə - müştəri hesabları, çıxarışları, stoklar, terminallara yeni tanıdılan məhsullar, daxilolmalar, kompaniyalar, terminaldakı problemlər, satışlarla bağlı lazımi dəstəyi vermək.
  • Yeni məhsulların təqibini aparmaq.Satışa təqdim edilən yeni məhsulların tanıdılması üçün lazımi məlumatları toplayaraq müştərilərə ünvanlamaq. Yeni müştəri kartlarını açmaq.
  • Müştərilərin köçürdüyü ödəmələri vergi adına görə təyin etmək və müvafiq hesablardan düşülməsi
  • Gündəlik borc alacaq raportlarını hazırlamaq
  • Gündəlik limit aşma raportlarını hazırlamaq
  • Həftəlik raportların hazırlanması (Yeni məhsulların penetrasiya raportu, müştərilərin hədəf və satışlarının çəkilməsi, satış müdiri/ekspeditorların iadə və satış vəziyyəti raportları)
  • İllərə görə müştəri satışları (əvvəlki illər ilə müqayisə raportları) raportlarını hazırlamaq.
  • Müştəri və məhsullar üzrə satış raportlarını hazırlamaq.
  • Promosion raportlarını təqdim etmək (gündəlik bantlama raportları və s.)
  • İadə raportlarını təqdim etmək.
  • Açıq sifarişlərin raportlarını çəkib incələmək.(təqib etmək)
  • Qiymətlərin yayımlanması (yeni və ya köhnə məhsulların qiymət dəyişikliyi haqqında müştərilərə və müvafiq şəxslərə məlumat vermək)
  • Bölməyə ehtiyac olan ləvazimatların aylıq tələbini keçmək
  • Müştəri çıxarışları (müştərilərə ekstralarını bildirmək)
  • Barkodları problem olan məhsulların həll olunması
  • Gündəlik rəhbərlərin hesabatlarla bağlı ehtiyaclarını qarşılamaq. Gündəlik müdirlərin tapşırıqlarını yerinə yetirmək
  • Kompaniyaları hədəf üzrə bölmək, vitrin tərtibatı nəzarətçiləri və vitrin tərtibatçılarının hədəf raportlarını çəkmək.
  • Müştərilərin e-mail`lərinə və zənglərinə cavab vermək (sorğulara cavab vermək, digər məsələlərin həlli)

Xüsusi tələblər:

  • İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil
  • Müvafiq sahədə 2 il iş tərcübəsi olmalı
  • Rus,ingilis və türk dillərini yaxşı dərəcə bilməli
  • MS Office (xüsusilə Excel) biliyi mütləqdir, SAP, Unity, OPN, YSP, Analyzer, E-Client proqramları haqqında biliklər üstünlükdür
  • Lazım olduqda bölgələrə ezamiyyətə gedə bilməli
  • Komanda və fərdi şəkildə çalışmağı bacarmalı

 

Elanın bitmə tarixi: 10.03.2023