Ticarət marketinqi üzrə mütəxəssis

Carlsberg Azerbaijan

Ticarət marketinqi üzrə mütəxəssis

My default image 

 

Əsas vəzifə öhdəlikləri:

  • ticarət marketinqi tədbirlərinin işə salınması, aparılması və bağlanması;
  • POSM dəstəyi üzrə kompleks planın planlaşdırılması, işlənib hazırlanması və tətbiq olunması;
  • maliyyə, büdcə və layihə hesabatlarının aparılması;
  • ticarət marketinqi tədbirlərinin təhlili üçün məlumatların hazırlanması;
  • ticarət nöqtələrinin sahə auditi.

Namizədlərə tələblər:

  • ali təhsil (marketinq sahəsində arzuolunandır)
  • marketinq və ya beynəlxalq FMCG, satış sahəsində ən azı 1 il iş təcrübəsi

 Lazımi bilik və bacarıqlar, səriştələr:

  • iqtisadiyyatın, xüsusilə mənfəətin, qazancın hesablanması üsullarının əsasları;
  • bazar tədqiqatları metodologiyası;
  • ticarət kanallarının marketinqi üzrə qısamüddətli planların hazırlanması;
  • distribusiya kanallarının qurulması prinsipləri;
  • promo aksiyaların müxtəlif üsullarının planlaşdırılması və həyata keçirilməsi: istehlakçılar, müştərilər, satış komandası üçün
  • satış və distribusiya göstəricilərinin biznes təhlili bacarıqları;
  • kommunikasiya bacarıqları (işgüzar ünsiyyət etikası, danışıqların və təqdimatların aparılması, qərar qəbulu, komandada iş, nəticə yönümlülük, öyrənmək və öyrətmək qabiliyyəti).

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

https://carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/ticarat-marketinqi-uzra-mutaxassis-1/ 

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.

Elanın bitmə tarixi: 27.03.2023