Ticari Marketinq üzrə Kiçik Mütəxəssis

Veysəloğlu MMC

Ticari Marketinq üzrə Kiçik Mütəxəssis

My default image 

 

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

 

Vəzifə funksiyaları:

  • Ticari Marketinq strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyaların, tanıtımların izlənilməsində, displeylər, mağaza daxilində brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
  • Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes hədəflərinə nail olmaq məqsədilə Ticari Marketinq strategiyasının inkişafı üçün planlamada iştirak etmək;
  • Ərazi ziyarətləri, POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi;
  • Stokların hərəkətinə nəzarət etmək, zəif hərəkətli məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazırlayıb satış komandasına təklif etmək;
  • KA (Key Account) və ənənəvi ticarət kanalının müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyanı təşkil etməklə kateqoriyanı  idarə etmək;
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasına nəzarət).

 

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq və ya İqtisadiyyat yönümlü);
  • Rus və ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilməli (hər ikisini bilmək üstünlükdür);
  • Ticari Marketinq sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarını əla səviyyədə bilməli;
  • SAP proqramını bilənlərə üstünlük verilir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.   

Müraciət etmək üçün:[email protected] 

Elanın bitmə tarixi: 10.08.2023