Green City Resort & Residence

Barmen

700 AZN

undefined 

Əsas vəzifələri:

  • Menyudakı içkilərin müvafiq qaydada, texnolojı kartlara, normativlərə və ya tələb olunan temperaturlara uyğun hazırlanması, bəzənməsi və verilməsi;
  • Müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaradılması;
  • Müştərilərin suallarının cavablandırılması, ehtiyac yarandıqda gələn qonaqlara dolğun məlumat verilməsi;
  • Ödənişlərin (nağd və kredit kartları) qəbul edilməsi, kassa əməliyyatlarının aparılması;
  • İş yerinin və iş avadanlığının təmizliyinə nəzarət edilməsi;
  • Yeni içkilərin hazırlanmasında və dequstasiyasında iştirak etmək;
  • Öz işini əmək təhlükəsizliyi qaydalarına və normalarına uyğun olaraq həyata keçirilməsi;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

  • Müvafiq sahə üzrə minmum 2 il iş təcrübəsi
  • Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (Ingilis dili arzu olunandır)
  • Biz necə namizədlər axtarırıq?
  • Dəqiq və məsuliyyətli,
  • Səliqəli və təmizkar,
  • Güclü kommunikasiya, komandada işləməyi bacarmaq,
  • Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq,
  • Təmizkar, gülərüz, pozitiv.

İş haqqında məlumat:

  • İş saatları: həftənin 6 gün, növbəli iş rejimi
  • Ünvan: Şıxov, Salyan şosesi 14 cü km

Tələblərə uyğun olan namizadlərdən CV lərini mövzu bölməsində “Barmen” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 05.11.2022