Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq..
Müvafiq ərzaq sifariş etmək
Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
Namizəddən tələblər:
Kişi namizəd ;
Yaş : 30-55;
Catering sistemində baş aşpaz kimi 3-5 il iş təcrübəsi;
Müvafiq sahə üzrə peşə təhsili;
Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
Milli mətbəx və Türk mətbəxi peşəkar səviyyədə bilməli;
Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
Həftəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
İş şəraiti:
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı : 800-1200 AZN
Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Baş aşbaz” yazıb CV göndərməsi xahiş olunur.