Ekoturizm üzrə satış mütəxəssisi

Nukha Tour

Ekoturizm üzrə satış mütəxəssisi

400 AZN

undefined 

Nukha Tour ekoturizm sahəsində fəaəliyyət göstərən tur şirkətidir. Turlarımız Azərbaycanın müxtəlif relyefə malik bölgələrində, milli parkların ərazisində, ucqar kəndlər arasında və s. həyata keçirilir. Turlarımız təbiətdə yürüşə eləcə də yerli əhalinin mədəniyyətini öyrənmək, qarşılıqlı mübadilə formasına əsaslanır. 

OutdoorStore.az dağçılıq, kamp və ekoturizm məhsularının satışını həyata keçirən bir mağazadır.  Mağazada məhsulların həm satışı, həm də icarəsi həyata keçirilir. 

Nukha Tour-un ofisi və OutdoorStore.az mağazası eyni məkandan idarə edilir. 

İş barədə məlumat: 

  • Rəhbərliyin göstərişinə əsasən eko turların hazırlanması, mətnlərin yazılıb formalaşdırılması
  • Facebook və İnstagram sosial şəbəkəsində turlar barədə məlumatın mütəmadi paylaşılması, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • Korporativ müştərilərə məlumatların göndərilməsi və müvafiq yazışmalar
  • Korporativ turların satışlardan sonra elektron qaimələrinin göndərilməsi, turlarla bağlı hesabatların hazırlanması
  • Mağazada  və sosial medya (Facebook, İnstagram, Tik-tok) üzərindən satışın həyata keçirilməsi və müvafiq paylaşımların mütəmadi olaraq edilməsi, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
  • Rəhbərliyin gündəlik olaraq iş fəaliyyəti ilə bağlı məlumatlandırılması
  • İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-16:00. (1 saat nahar fasiləsi)
  • Əmək haqqı: Sabit maaş  400 AZN + turlardan və mağazadakı satışlardan 10%-ədək bonuslar.
  • Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.

Namizədə tələblər:

  • SMM təcrübəsinə sahib olması (postların hazırlanması və paylaşılması);
  • Satış sahəsində və ofis meneceri kimi müəyyən təcrübəsinin olması;
  • Ekoturizm sahəsi ilə tanışlıq və ekoturlarda gəzinti təcrübəsi;
  • Müştərilərlə ünsiyyət və satış bacarıqlarının olması;
  • İngilis dili biliyinin olması üstünlükdür.

Müraciət etmək istəyənlər CV-lərini vakansiyanın adını yazmaqla [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 19.10.2022