Courtyard by Marriot Baku

Ofisiant

undefined 

Courtyard by Marriott Baku Ofisiant vəzifəsi üzrə vakansiya elan edir.

Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 12 avqust 2022

İşin təsviri:

  • Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və Qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
  • İaşə şöbəsini istismar üçün hazırlamaq, o cümlədən ətrafın bəzədilməsi, bədii tərtibat və masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
  • Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
  • Maaş: Müsahibə əsasında

Namizədə olan tələblər:

  • Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 12.08.2022-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.