Pizza Mizza
Restoran meneceri
Tələblər:
Ali təhsil
Müvafiq sahədə (restoran meneceri kimi) 1-3 il təcrübə mütləqdir
Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili, ingilis dili arzuolunandır
Yaş 25-40
Komandada işləmək bacarığı
Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
İdarəetmə və problem həll etmə bacarığı olmalı
Vəzifələr:
Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
Restoranda bütün sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması və həyata keçirilməsinə nəzarəti təmin etmək.
Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
Görülən işlərin və xidmətlərin uçotunun təşkilini, istehsal fəaliyyəti üzrə hesabatların tərtibini həyata keçirmək.
Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək və təmin etmək.
Restoranın satış planının icrasını təmin etmək.
Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək.
Müştəri məmnuniyyəti üçün çalışmaq.
İş şəraiti:
İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
Əmək haqqı müsahibə əsasında.
Maraqlananlar şəkilli CV-lərini “Restoran meneceri” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.
Elanın bitmə tarixi: 02.12.2023