SPA və Fitness şöbəsinin Meneceri

Gabala Hospitality Group

SPA və Fitness şöbəsinin Meneceri

Vəzifə öhdəlikləri:

  • Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsini təşkil etmək;
  • SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılmasını təmin etmək;
  • Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
  • Tələb olunduqda SPA və Fitness  mərkəzini və proqramları göstərmək üçün qrup tədbirlərinin təşkilatçıları ilə görüşmək;
  • SPA gəlirlərinin artırılması məqsədi ilə xüsusi proqramlar işləyib hazırlamaq və müştərilərə təqdim etmək;
  • Fitness üzrə təşviqat və media ilə bağlı bütün məsələlərdə hotelin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi ilə səmərəli şəkildə fəaliyyət göstərmək;
  • Hotel daxilində bütün şöbələr arasında effektiv kommunikasiyanın təmin edilməsini təmin etmək;
  • Standart əməliyyat prosedurlarına dair təlimatın işlənib hazırlanması və ona riayət edilməsini təmin etmək;
  • SPA və Fitness Şöbəsi işçiləri və köməkçi işçilərin işə götürülməsi, inkişafı və təliminə yardım göstərmək, peşəkar komanda mühiti yaratmaq, işçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
  • Pul, kassa əməliyyatları üzrə gündəlik hesabatların dəqiqliklə hazırlanması üçün daimi təlimləri təşkil etmək;
  • SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
  • Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Azərbaycan, ingilis dilləri - əla , rus dili bilməsi arzuolunandır
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
  • Orta -ixtisas və ya bakalavr təhsili
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini  yerində tapmaq
  • Micros POS əməliyyat sistemindən istifadə bacarığı
  • SPA və Fitness şöbəsində menecer vəzifəsində 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsinin meneceri) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Elanın bitmə tarixi: 28.09.2023