Rəhbərliyin göstərişinə əsasən eko turların hazırlanması, mətnlərin yazılıb formalaşdırılması
Facebook və İnstagram sosial şəbəkəsində turlar barədə məlumatın mütəmadi paylaşılması, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
Korporativ müştərilərə məlumatların göndərilməsi və müvafiq yazışmalar
Korporativ turların satışlardan sonra elektron qaimələrinin göndərilməsi, turlarla bağlı hesabatların hazırlanması
Mağazada və sosial medya (Facebook, İnstagram, Tik-tok) üzərindən satışın həyata keçirilməsi və müvafiq paylaşımların mütəmadi olaraq edilməsi, müştərilərdən gələn sualların cavablandırılması, sponsorlu reklamların idarə edilməsi
Rəhbərliyin gündəlik olaraq iş fəaliyyəti ilə bağlı məlumatlandırılması
İş qrafiki: Həftə içi 11:00-19:00, altıncı gün 11:00-16:00. (1 saat nahar fasiləsi)
Əmək haqqı: Sabit maaş 400 - 450 AZN + Bonuslar
Başqa imtiyazlar: İstənilən tura ödənişsiz qoşulmaq, şəxsi istifadə üçün mağazadakı məhsulları öz dəyərinə əldə etmək və iş qrafikini qarşılıqlı razılaşdırmaqla dəyişdirmək imkanı verilir.
Namizədə tələblər:
SMM təcrübəsinə sahib olması (postların hazırlanması və paylaşılması);
Satış sahəsində və ofis meneceri kimi müəyyən təcrübəsinin olması;
Ekoturizm sahəsi ilə tanışlıq və ekoturlarda gəzinti təcrübəsi;
Müştərilərlə ünsiyyət və satış bacarıqlarının olması;
İngilis dili biliyinin olması üstünlükdür.
Müraciət etmək istəyən yalnız uyğun namizədlər CV-lərini vakansiyanın adını yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.