Xarici turizmin təşkili üzrə mütəxəssis

Summer Tour

Xarici turizmin təşkili üzrə mütəxəssis

My default image 

 

Vəzifə öhdəlikləri:

  • Mövcud olan partnyor şirkətlərlə daima əlaqə saxlamaq, onların istək və sorğularını cavablandırmaq.
  • Rezervasiyaları şirkətin daxili rezervasiya sisteminə daxil etmək, nəzarət etmək və onları təhlil etmək.
  • Bütün tur ilə bağlı müraciətləri operativ şəkildə hesablamaq və təhlil etmək (viza və sığorta xidmətlərinin alınması, transfer və bələdçi xidmətlərinin şifarişi, otellərin bronlaşdırılması və s.).
  • Rezervasiya sistemlərindən istifadə edərək tur paketləri rezerv etmək.
  • Turizm məhsulunu yaratmaq və cari məhsulu yeniləmək.
  • Məhsulu təbliğ etmək və satışını həyata keçirmək.
  • Hesabatları vaxtlı-vaxtında mühasıbatlığa təhvil vermək.
  • Xarici turizm proqramlarının hazırlanması və inkişafı məqsədilə reklam kompaniyaları, təqdimatlar, işgüzar danışıqlar, görüşlər və s. planlaşdırmaq və onlarda iştirak etmək.
  • Müştərilərə məlumatın çatdırılması qaydasını müəyyən etmək, məlumatın müştərilərə  vaxtında çatdırılmasını təmin etmək.
  • Xarici turizm xidmətlərinin keyfiyyətli şəkildə həyata keçirilməsi.
  • Elektron sorğuları vaxtında cavablandırmaq.

 

Tələblər:

  • Xarici turizm sahəsində 1 il peşəkar təcrübə
  • Bakalavr təhsil dərəcəsi
  • Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
  • Rezervasiya sistemlərindən istifadə etmək bacarığı
  • Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları

 

İş şəraiti:

  • 5 günlük iş qrafiki 
  • İş saatı 10:00-19:00
  • Ünvan: AF Mall 2-ci mərtəbə

Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 10.08.2023-cü il tarixinə qədər göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün:[email protected] 

Elanın bitmə tarixi: 11.08.2023