Baku Holiday Travel
Xarici turlar üzrə menecer
1000 - 1200 AZN
Namizədə tələblər:
Turizmin satış istiqamətində 3 ildən az olmayaraq təcrübə;
Əla səviyyədə Azərbaycan və rus dilləri biliyi,ingilis dili biliyi isə yüksək;
Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
Təşəbbüskarlıq və hədəfyönümlü olmaq;
Vəzifə öhdəlikləri:
Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının təşkili,otellərin,aviabiletlərin və digər turizm məhsullarının bronlaşdırılması və rəsmiləşdirilməsi;
Viza dəstəyinin göstərilməsi;
Səyahət sığortalarının həyata keçirilməsi;
Satış prosesinin əvvəldən sona qədər izlənməsi,daimi müştəri bazasının formalaşdırılması;
Müştərilərdən gələn sorğuların operativ və peşəkar formada cavablandırılması, yüksək xidmət səviyyəsinin qorunması;
Mövsümə, tələbə uyğun turların marketinq komandasına ötürülməsi;
İş barədə məlumat:
İş günləri: Həftənin 5 iş günü tam, şənbə günləri növbəli iş qrafiki
İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək
Əmək haqqı: 1000 -1200 AZN və satışdan bonuslar
I Ünvan: Winter park plaza 1-ci mərtəbə, Baku Holiday Travel
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Xarici turlar üzrə menecer” qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 30.09.2023