Korporativ satış mütəxəssisi

Baku Electronics

Korporativ satış mütəxəssisi

My default image 

İşin təsviri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
  • Müştəri bazasının mövcud olması;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Sifarişlərin icra olunması;
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Təklif əsasında müqavilənin, sənədlərin hazırlanması.

Xüsusi tələblər:

  • Təhsil: Ali;
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • İş təcrübəsi: 1-3 ilədək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Korporativ satış mütəxəssisi" qeyd edərək  [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 13.02.2023