Korporativ satış üzrə kiçik mütəxəssis

Ferrum Capital

Korporativ satış üzrə kiçik mütəxəssis

345 AZN

undefined 

 

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığı;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət  və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Korporativ satış üzrə kiçik mütəxəssis nə iş görür?

  • Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
  • Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması satış kanallarımızı idarə etmək və böyütmək üçün Satışın inkişafı bölməsi ilə birlikdə çalışmaq;
  • Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
  • Müştəri rəylərinə əsaslanaraq yeni məhsulların yaradılması və mövcud məhsulların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvləri ilə birgə işlənilməsi.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: 345 AZN (Gross) + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Korporativ satış üzrə kiçik mütəxəssis qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 10.05.2023