Badamlı Mineral Sular Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
Gündəlik təyin olunmuş rut üzrə satış nöqtələrinin ziyarət olunması
Şirkət məhsullarının satış nöqtələrində vitrin, rəf və soyuducularda merçendayzinq standartlarına, planoqrama uyğun sərgilənməsi
Şirkətə məxsus soyuducuların planoqrama uyğun yığılması
Satış nöqtələrində şirkət məhsullarının depoda kifayət qədər olmasına nəzarət, boş virtinlərin doldurulmasının təmini və depoda məhsulların olmadığı və/ və ya kifayət qədər olmadığı halda bilavasitə rəhbərin bu haqda xəbərdar edilməsi
Sərgiləmə zamanı vitrinlərin və məhsulların səliqəyə saxlanılması
Rəf faizlərinin nəzarətdə saxlanılması, problem olarsa, bilavasitə rəhbərin xəbərdar edilməsi
Məhsulların istifadə müddətlərinin standartlara uyğun nəzarətdə saxlanılması, rəflərdən çıxarılması və müvafiq məlumatın ərazi üzrə satış nümayəndəsinə vaxtında verilməsi
Səbət və teşirlərin qurulması, promo məhsulların, qiymət kartlarının və s. yerləşdirilməsi
Gündəlik müəyyən olunmuş qaydada, çek list üzrə gördüyü işlər haqqında hesabatların təqdim edilməsi
Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlər aşarkalanarsa, bu haqda bilavasitə rəhbərin vaxtında xəbərdar edilməsi
Şirkətin daxili nizam-intizam qaydalarına riayət
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrası
İş qrafiki: həftənin 1-6 günləri
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 550 AZN
Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək
Namizədə tələblər:
Minimum orta təhsil
Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır
Yaş həddi: 20-35
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti
Effektiv ünsiyyət qabiliyyəti, fikrini aydın izah edə bilmə
Kreativlik, komandada və operativ işləmə bacarıqları
İcraçılıq, məhsuliyyət və öyrənmə istəyi vacibdir
Tələblərə uyğun namizədlərdən CV-lərini “Merçendayzer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.