Müştəri münasibətləri üzrə kiçik mütəxəssis/mütəxəssis

PASHA Insurance

Müştəri münasibətləri üzrə kiçik mütəxəssis/mütəxəssis

undefined 

 

Vəzifə öhdəlikləri: 

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
  • Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
  • Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdırılaraq tənzimlənməsi;
  • Müvafiq dövlət orqanlarına və təşkilatlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
  • Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
  • Dövlət və qeyri-dövlət qurumları ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
  • Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
  • Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;
  • Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
  • Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə əsasən müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
  • Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasında təşəbbüs;

Namizədə tələblər:

  • Ali təhsil: Hüquq, iqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
  • Müvafiq vəzifədə 1 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Office bilikləri.

Biliklər:

  • Müştərilərlə iş üsulları.
  • Yol Hərəkəti Qaydaları;
  • Sığorta haqqında qanun.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Təqdimat etmə bacarığı; 
  • Komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq; 
  • Stressə davamlılıq.

Son müraciət tarixi: 26 may, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] e-mail ünvanına göndərin. 

Elanın bitmə tarixi: 27.06.2023