Müştəri xidmətləri şöbəsində koordinator

Azersun Holding

Müştəri xidmətləri şöbəsində koordinator

undefined 

Tələblər:

  • Ali Tibbi təhsil
  • Microsoft office və Excell bilikləri
  • Komandada işləmək bacarığı
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

İş haqqında məlumatlar:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək
  • Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
  • Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
  • Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;

İş Yeri: Bakı şəhəri

İş Şərtləri: Həftə içi 5 gün

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində “Müştəri xidmətləri şöbəsində Koordinator” qeyd etməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 17.05.2023