Autolux Azerbaijan LLC
Satış müdiri - Avto satış Jaguar Land Rover brendi üzrə
Təsvir:
Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);
Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;
İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
İllik satış və təşviqat proqramı hazırlamaq;
Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;
Tələblər:
5 il müvafiq sahədə iş təcrübəsi ;
Ali təhsil;
Rus-dili biliyi ;
İngilis-dili biliyi;
Müraciət üçün link: https://glorri.com/autolux-az/65698063b0bf90307e516d78-Sat%C4%B1%C5%9F%20m%C3%BCdiri%20%20(Avto%20sat%C4%B1%C5%9F%20Jaguar%20Land%20Rover%20brendi%20%C3%BCzr%C9%99)%20%20?sources
Elanın bitmə tarixi: 03.01.2024