Ferrum Capital

Satış təmsilçisi

345 AZN

undefined 

 

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığı;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Satış təmsilçisi nə iş görür?

  • Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi;
  • Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi; 
  • Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30
  • Əmək haqqı: 345 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Satış təmsilçisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 19.05.2023