Badamlı

Satış təmsilçisi

450 AZN

undefined 

 

Namizədə tələblər:

  • Minimum orta ixtisas təhsili
  • Müvafiq sahədə ən az 2 il iş təcrübəsi, FMCG sahəsində olması arzu olunandır
  • Yüksək səviyyədə ünsiyyət qurma, təqdimat və danışıqlar aparma bacarıqları
  • Mükəmməl səviyyədə satış texnikaları üzrə bilik
  • Azərbaycan dilində səlist nitq qabiliyyəti
  • Şəxsi avtomobil və sürücülük vəsiqəsinin (B kateqoriya) olması vacibdir
  • Sumqayıt şəhəri və ətrafını yaxşı tanımaq
  • MS Office proqramlarında işləmə bacarığı
  • Korporativ etikaya həssaslıq, intizamlı olma, təşəbbüskarlıq və komandada işləmə bacarığı

İş barədə məlumat:

  • Şirkətin bütün məhsullarının satışının təşkil edilməsi
  • Plan üzrə satış nöqtələrinin ziyarəti və məhsul sifarişlərinin götürülməsi
  • Bütün məhsullar üzrə qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi
  • Satış nöqtələrindən ödənişlərin qəbulu və borc öhdəliklərinə nəzarət
  • Yeni məhsulların satış nöqtələrinə təqdim olunması, tanıdılması
  • Satış nöqtələrində Şirkət məhsullarının planoqrama və digər standartlara uyğun sərgilənməsinin təşkili və nəzarət
  • Ərazisi üzrə yeni müştərilərin cəlb edilməsi
  • Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi
  • İş yeri: Sumqayıt şəhəri
  • Əmək haqqı: 450 azn + bonus; performansa görə fərdi mükafatlar da nəzərdə tutulub
  • Digər təminatlar: korporativ nömrə, rabitə (internet və danışıq), yanacaq və amortizasiya xərcləri

Tələblərə uyğun namizədlərdən CV-lərini “Satış təmsilçisi” başlığı altında [email protected]  e-ünvanına göndərmələri xahiş olunur.